Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 17:04:00
Sertifikasiya ilə bağlı maarifləndirmə görüşləri davam edir

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında yerləşən ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif, həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib. 

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.

  

Bildirilib ki, görüş zamanı sertifikatlaşdırmanın mərhələləri və məzmunu haqqında məlumatlar verilib. Eyni zamanda, sertifikatlaşdırma nəticələrinin təhsilverənlərin karyera inkişafı, əməyin stimullaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib. 

  

Tədbirin sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.