Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 13:46:00
İlk mobil telefonun 94 yaşlı ixtiraçısı hər il yeni iPhone alır

94 yaşlı Martin Kuper 50 il bundan əvvəl ilk mobil telefonu icad etdi və öz ixtirası ilə dünyada ilk telefon danışığını həyat keçirdi.

Bu gün artıq qocalmasına baxmayaraq o, aktiv şəkildə ağılllı telefon və saatlardan, Apple-dan istifadə edir, hətta hər il yeni iPhone alır. Düzdür, etiraf edir ki, çətin ki, nə vaxtsa nəvələri kimi müasir smartfonlardan istifadə edə bilsin.

AzEdu.az-ın məlumatına görə, Kuper müasir texnologiya ilə maraqlansa da, o müasir telefonlarda olan bir çox proqramlardan istifadə etməkdə çətinlik çəkir. O, əsasən smartfonundan zəng etmək, mesaj göndərmək, eşitmə aparatına nəzarət etmək və bir neçə əlavə iş üçün istifadə edir.

Gələcəyin smartfonlarına gəlincə, Martin Kuper hesab edir ki, onlar sağlamlığımıza daha yaxşı nəzarət etməyə, iş yerlərində məhsuldarlığı artırmağa və həyatımızı əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa kömək edəcək. Cihazlar getdikcə daha çox ürək döyüntüsü və fiziki fəaliyyətin monitorinqi, eşitmə cihazlarına, protezlərə və kardiostimulyatorlara nəzarət kimi xüsusiyyətlərə sahib olacaq. Onların inkişafı həm də orqanizm üçün hələ görünməmiş xəstəlikləri aşkar edə bilən yeni sensorların yaranmasına  səbəb olacaq.

Kuper həmçinin hesab edir ki, müasir insanlar öz mobil cihazlarına həddən artıq aludə olublar. Ətrafa baxmadan küçələrdən keçən insanları tez-tez müşahidə etməsi onu narahat edir: gözləri telefonun ekranına zillənib qalan insanlar çox təhlükəli vəziyyət yaradır.

Kuperin fikrincə, insanlar vaxtlarını telefonları ilə daha yaxşı tarazlamağı öyrənməli və mobil cihazlarla daha “balanslı” münasibət qurmağa çalışmalıdırlar.