Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-12 10:43:00
Jurnalistikaya qəbul üçün bu prosedurlardan keçmək tələb olunur

Ali məktəblərə sənəd verən abituriyentlərin bəzilərini “Jurnalistika” ixtisası ilə bağlı məqamlar maraqlandırır. Bu ixtisasa qeydiyyatın nə zaman aparılacağı və ümumi olaraq prosesin təşkilinə dair müxtəlif suallar verirlər.

 

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, “Jurnalistika” ixtisasına qəbul qaydaları belədir:

 

 

“Jurnalistika” ixtisasına qəbul olu nmaq istəyən III ixtisas qrupunun dil-tarix (DT) altqrupunu seçən abituriyentlər, III ixtisas qrupu üzrə imtahan nəticələri elan olunduqdan sonra DİM tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində “Jurnalistika” ixtisasına qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

 

Bildirilib ki, elanın “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ) üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.

 

Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyalardan olan abituriyentlərin isə hamısının “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

 

Qeyd edək ki, qeydiyyatdan keçən abituriyentlər DİM tərəfindən elan olunacaq müddətdə qabiliyyət imtahanında iştirak etməlidir. Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, “Jurnalistika” ixtisasını da seçə bilərlər.