Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-12 09:48:04
ADNSU ilə AQSİA İctimai Birliyi arasında memorandum imzalanıb

Aprelin 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” (AQSİA) İctimai Birliyinin sədri Səkinə Babayeva və onun rəhbərlik etdiyi bir neçə xanım sahibkarla görüşüb

 

Universitetdən AzEdu.az-a bu barədə məlumat verilib.

 

Bildirilib ki, görüşdə həmçinin ADNSU- nun prorektorları, müəllimlər iştirak ediblər. ADNSU rektorunun Universitet-Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədovun təşkilatçılığı ilə keçirilən görüşdə qonaqları salamlayan rektor, professor Mustafa Babanlı öncə universitetdə mövcud olan təhsil və tədris prosesindən söz açaraq müasir elmi və metodiki yanaşmaların tədrisdə geniş tədbiqindən danışıb.

 

Azərbaycanda sosial-iqtisadi, ictimai, mədəni və digər sahələrdə olduğu kimi, xüsusilə təhsil sektorunda qadınların sayının artığını qeyd edən rektor, professor Mustafa Babanlı hazırda universitetin tələbə kontingentinin 23 faizini qızların, əməkdaşların isə 52 fazini xanım işçilərin təşkil etdiyini bildirib. “Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” (AQSİA) İctimai Birliyi ilə əmkdaşlığın önəmini qeyd edən rektor xanım sahibkarlarla universitet əməkdaşlığının tələbələrimizin təcrübə və iş yerləri ilə təminatına da təsir edəcəyini bildirib. 

 

 

“Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” (AQSİA) İctimai Birliyinin sədri Səkinə Babayeva ölkədə qadın sahibkarlar üçün yaradılan şəraitdən danışıb. O bildirib ki, iqtisadiyyat və sahibkarlıq elm müəssiələri ilə əməkdaşlıq çərçivəsində daha yüksək nailiyyətlər əldə edə bilər. Bu mənada rəhbərlik etdiyi birlik ADNSU ilə əmkdaşlıqda maraqlıdır və bu həm gələcək uğurlu sahibkarların yetişməsində, həm də tələbə və məzunların işlə təminatında özünü götərəcək.

 

Qarşılıqlı fikir mübadiləsi çərçivəsində keçirilən görüşdə perspektiv layihələrdən danışılıb. Sonra tərəflər müzakirə olunan mövzu ilə bağlı Əməkdaşlıq memorandumu imzalayıblar.