Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-11 09:52:00
Oruc tutmaq yaddaşı gücləndirir və öyrənməni yaxşılaşdırır

Ramazan mənəvi cavanlaşma ayı sayılır. İslamın beş şərtlərindən biri olan orucluğa düzgün yanaşılsa, ondan çoxsaylı faydalar əldə etmək olar.

Bizim pəhrizlə bağlı vərdişlərimiz dini etiqadımızla həmahəng olanda enerji mənbəyinə çevrilə, şüurumuzu, bədənimizi və ruhumuzu zənginləşdirə bilər.

AzEdu.az xəbər verir ki, Kaliforniyanın Skripps Elmi-Tədqiqat İnstitutunun immunologiya və mikrobiologiya kafedrasında alimlərin apardığı tədqiqat göstərib ki, oruc tutan zaman insanın orqanizmində beynin hüceyrədaxili immunitet mexanizmi işə düşür. Bu isə öz növbəsində beyin hüceyrələrinin stress faktorlarından qorunma funksiyasını aktivləşdirir.

Tədqiqatda qeyd olunur ki, oruc tutan zaman ac qalmaqla insanın bədənində “neyron autofagiya” mexanizmi işə düşür. Bu mexanizmə görə, ac qalan vaxt hüceyrələr zədəli orqanelləri və köhnə zülalları məhv etməklə özünü bir növ detoksikasiya edir, zərərli zərrəciklərdən təmizləyir.

Başqa bir tədqiqata görə, ac qalmaq beynin neyrotrofik faktorunu (brain neurotrophic factor BDNF) artırır. Bu isə hafizənin güclənməsinə, öyrənmə prosesinin yaxşılaşmasına, analitik bacarıqların artımına vəsilə olur. Aşağı BDNF səviyyəsi daha çox altsheymerdən əziyyət çəkən xəstələrdə müşahidə olunur.