Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-10 16:39:00
Ana südü uşaqların savadlı yetişməsinə yardım edir

Alimlər müəyyən ediblər ki, həyatın ilk altı həftəsində ana südü ilə qidalanma gələcəkdə təhsillə bağlı problemlərin riskini azaldır.

AzEdu.az-ən məlumatına göər, Qlazqo Universitetinin alimləri müəyyən ediblər ki, həyatının ilk altı həftəsində ana südü və ya ana südü qarışdırılmış südlə qidalanan körpələrin gələcəkdə təhsillə bağlı problemləri nəzərəçarpacaq dərəcədə azalır.

Tədqiqat PLOS Medicine jurnalında dərc olunub.

Tədqiqatçılar 2004-cü ildən bəri Şotlandiyada doğulan 190 mindən çox uşağın sağlamlıq və təhsillə bağlı məlumatlarını araşdırıblar. Həyatın ilk altı-səkkiz həftəsi ərzində tədqiqata daxil edilmiş uşaqların 66,2%-i süni qida, 25,3%-i ana südü, 8,5%-i ana südü qarışdırılmış qida ilə qidalanıblar.

Süni qidalanma ilə müqayisədə qarışıq qidalanma təhsil problemləri riskini 10% və yalnız ana südü ilə qidalanma isə 20% azaldıb.

Bundan əlavə, yalnız ana südü ilə qidalanan uşaqlarda emosional və ya davranış problemləri (təxminən 20% az) və fiziki sağlamlıq problemləri (təxminən 25% daha az) daha az müşahidə olunub.

Ümumdünya Səhiyyə Təşkilatının  tövsiyəsinə görə, yeni doğulan uşaqların ən azı altı ay ərzində ana südü ilə qidalanması onların gələcək inkişafı üçün əhəmiyyətlidir.