Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-10 15:39:00
Sosial məzuniyyətdə olan müəllim yerdəyişmə edə bilər? - Rəsmi CAVAB

Aprelin 10-da Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu prosesinə start verilib. Bir çox müəllimə maraqlı olan məqamlardan biri isə sosial məzuniyyətdə olan zaman yerdəyişmədə iştirak etməyin mümkün olub-olmamağıdır.

 

Sosial məzuniyyətdə olan müəllimlər yerdəyişmədə iştirak edə bilər?

 

AzEdu.az-ın Elm və Təhsil Nazirliyinə ünvanladığı sorğuya cavab verilib. Nazirlikdən bunun mümkün olmadığı bildirilib.

 

“Sosial məzuniyyətdə olan şəxslərin müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirakı imkan xaricindədir”.