Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-10 13:53:22
Geomaqnit sahəsinin aktivləşəcəyi proqnozlaşdırılır

Günəşin səthində ləkələrin sayı azalıb, hazırda 2 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 52-dir.

 

Bu barədə AzEdu.az-a Nəsrəddin Tusi adın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, həftə ərzində orta ölçülü tac dəliyi qeyd olunsa da, hal-hazırda Günəşin səthində tac dəliyi müşahidə olunmur.

 

Geomaqnit sahəsi sakit-aktiv fazalarda olunub, hazırda isə qeyri-sabitdir.

 

Geomaqnit sahəsinin də müsbət qütblü CH HSS və CME-nin təsiri nəticəsində 10-12 aprel tarixlərində aktivləşəcəyi, həmçinin 16-18 apreldə də geomaqnit sahəsinin aktivliyinin 4 Kp-yə kimi yüksələcəyi proqnozlaşdırılır.