Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-09 11:41:22
“Yüksəliş” müsabiqəsinin saytı ÇÖKDÜ

Bu gün - aprelin 9-da "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə sınaq imtahanı keçirilməlidir.

Sınaq imtahanında Azərbaycan və dünya ölkələri ilə bağlı tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, eyni zamanda hüquq və iqtisadiyyat sahələri, müasir trendlər üzrə 4 blok və hər bloka aid 25 sual təqdim olunmalıdır.

“Bu mərhələ onlayn şəkildə baş tutacaq. İnternet bağlantısı olan kompüterlə (notbukla) istənilən məkandan imtahana qatıla bilərsiniz. Qeyd edək ki, imtahana smartfon və planşetlər vasitəsilə daxil olmaq mümkün deyil”, - deyə müsabiqə ilə bağlı qabaqcadan elan olunmuş rəsmi məlumatda deyilir.
 
AzEdu.az xəbər bu gün səhər saatlarında məlum oldu ki, "Yüksəliş" müsabiqəsinin saytı çöküb, işləmir.

Müsabiqənin sosial şəbəkə səhifəsində onlayn imtahanda iştirak etməyə hazırlaşanlar saytın işləməməsinə etiraz edərək, öz narazılıqlarını bildiriblər.

Müsabiqə rəsmiləri isə yazdıqları cavab şərhində bunu çoxsaylı müraciətlə, yəni daxil olanların sayı ilə bağlayıblar.