Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-09 09:21:26
Bu gecə ilk Qədr gecəsidir

Azərbaycanda Ramazan ayı davam edir.

 

Azedu.az xəbər verir ki, Ramazan ayının birinci günü miladi təqvimlə 2023-cü il martın 23-dən başlayıb. 


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, Orucluğun ilk Qədr gecəsi (Əhya) Ramazayn ayının 18-ci gününə təsadüf edir - yəni bu günə.

Əhya gecələri 9 aprel (Ramazanın 18-ci günü), 11 aprel (Ramazanın 20-ci günü), 13 aprel (Ramazanın 22-ci günü) və 17 aprelə (Ramazanın 26-cı günü) təsadüf edəcək.


Şəvval ayının 1-i (aprelin 21-i) Ramazan (Fitr) bayramıdır.


Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.