Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-22 12:13:00
Şagirdlərimiz dünyanın əksinə niyə gedir?- Humanitara qurban edilən dəqiq elmlər

Tariyel Abdullayev: Humanitar fənlərə meyllilikelm və texnologiyadan uzaqlaşan zehniyyət formalaşdıra bilər”.

Elşən Ramizoğlu:“Kimya fənnini yeni öyrənməyə başladığı üçün həftədə 1 dəfə olması işi çətinləşdirir”.

Perspektiv baxımından humanitar, yoxsa, dəqiq elmlər daha vacibdir?

Yaşıl Elm platformasının redaktoru Tariyel Abdullayevinfikrincə, orta məktəblərdəhər iki istiqamətdə (humanitar və dəqiq)bütün fənlərin tədrisi vacibdir. Lakin o, daha çox dəqiq fənlərin effektli olduğunu hesab edir:

“Çünki hazırda dünyada gedən proseslər göstərir ki, insanın həyatı elmlə rifah tapmağa doğru sürətlə irəliləyir-kainatın mənşəyindən nanotexnologiyaya, robototexnikadangenomikaya, süni intellektdən gen terapiyasına qədər hər sahə... Hətta elm və texnologiyanı inkişaf etdirən ölkələr öz aralarında bunların mübarizəsiniaparır. Mən uşaqlar üçün çalışdığıma görə, hazırladığım, lakin dəstək olmadığı üçün icra edə bilmədiyim layihələrim var”.

T.Abdullayev uşaqlarla işin effektli olmasıüçün bir neçə metod təklif edir:

“Birinci,misal üçün, uşaqlara istər ətraf mühit, istər canlılar aləmini araşdırmağın yollarını, bu zaman apardıqları müşahidələri və müşahidələr zamanı əldə etdikləri məlumatları necə sistematik olaraq sinifləndirməyi öyrədə bilərik.

İkinci, onların əldə etdikləri məlumatlar arasında necə əlaqə qurmağı və bir problemi necə həll etməyin yollarını praktiki olaraq başa salarıq. Beləliklə, artıq kiçik yaşlardan uşaqlarda elmə maraq yaradar və elmi araşdırma qabiliyyətini artıracaq bir istiqamət vermiş olarıq.

Bundan başqa, məktəblilərlə layihələr yaratmaq, təbii kolleksiyalar yaratmaq, kiçik canlıları araşdırma qaydaları, ixtira, texnologiya, icad və dizaynetmə kimi bir çox bacarıqları aşılamaq olar. Yəni əsas praktikadı. Bizim məktəblərdə isə ancaq nəzəriyyələr öyrədilir deyə uşaqlardakı alternativ bacarıqlar üzə çıxarılmır”.

Onun sözlərinə görə, orta məktəblərdə uşaqlar daha çox humanitar fənlərə istiqamət alırlar:

“Çünki dəqiq fənlər onlara çətin gəldiyi üçün özlərini əziyyətə salmaq, elm adamı olmaq istəmirlər. Bugün və gələcəkdə isə dominantlıq elm sahələrindədir. Əlbəttə ki, humanitar və sosial elmlərdə bizə lazımdır. Lakinhesab edirəm, bu sahələr üzrə yetərincə mütəxəssislərimiz var”, - deyə T.Abdullayev bildirib.

Kimya müəllimi Elşən Ramizoğlu AzEdu.az-a bildirib ki, o, bu günə qədər işlədiyi hər üç məktəbdə eyni şeyi müşahidə edib: şagirdlər humanitar fənlərə daha çox meyl göstərirlər.

Onun sözlərinə görə, təmayül siniflər açılanda belə uşaqlar, adətən, humanitar bölməni seçirlər.

Gənc müəllim bunun səbəblərini sıralayır:

Şagirdlərin çoxu Riyaziyyat, Fizika,Kimya fənlərindən "qorxurlar". Misal üçün, kimya fənni 7-ci sinifdən tədris olunmağa başlayır, həftədə 1 saatdır.Uşaq kimya fənnini yeni öyrənməyə başladığı üçün həftədə 1 dəfə olması işiçətinləşdirir. Beləcə, artıq şagird üçün Kimya fənni çətin gəlir, məcburən,ixtisas qrupunu dəyişib Kimya olmayan bir qrup seçir.

İkinci bir səbəbisə dəqiq elmlərin çoxunun riyaziyyatla bağlı olmasıdır.Riyaziyyat fənnini zəif mənimsəyən şagird üçün fizika, kimya daha çətin olur.Mənimsəməkdə çətinlik çəkdiyi üçün şagird asan yolu seçir, humanitar fənlərə istiqamət alır.Humanitar fənlərdə riyazi bilik o qədər də rol oynamadığı üçün uşaqlar dəqiq elmlərdən yan keçirlər.

Artıq bu gün istər başqa ölkələr, istərsə də Azərbaycanda işə qəbul üçün məntiqdən imtahan verirlər.Məntiqə qalib gəlmək üçün Riyaziyyat fənnini daha yaxşı bilmək lazımdır

Son olaraq isə, bəzən dəqiq elmlərdə, texniki fənlərdə zəiflik bəzi məktəblərdə fizika, kimya müəllimlərinin çatışmazlığıdır”.