Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-06 10:30:00
İki abituriyentin imtahan balı eyni olarsa... DİM hansını ali məktəbə qəbul edir?

Müsabiqә abituriyentin qәbul (buraxılış) imtahanında topladığı ümumi bal әsasında aparılır.

 

Bəs müsabiqә zamanı ümumi balı eyni olan iki vә daha çox abituriyenti bir-birindәn hansı göstəricilərlə fəqləndirirlər?

 

AzEdu.az saytının Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumatda bildirilib ki, ümumi balı eyni olan abituriyentləri fәrqlәndirmәk mәqsәdilә aşağıdakı ardıcıllıqda әlavә göstәricilәrdәn istifadә edilir:

 

- tәhsil haqqında sәnәdә (attestata) "Tәdris dili", "Әdәbiyyat", "Xarici dil", "Riyaziyyat", "Azәrbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya" fәnlәri üzrә yazılmış yekun qiymәtlәrin әdәdi ortası;

- Azәrbaycan (rus) dili fәnni üzrә imtahan balı;

- riyaziyyat fәnni üzrә imtahan balı.

 

Qeyd edək ki, ümumi balı eyni olan iki vә daha çox abituriyenti bir-birindәn fәrqlәndirmәk mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerlәşdirilir.