Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 10:25:32
Qalmaqallı yeniyetməni müdafiə edən baş həkim işdən ÇIXARILDI

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov işdən çıxarılıb.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

 

Səhiyyə Nazirliyindən bildirilib ki, A.Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.

 

Qeyd edək ki, Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyevin 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsindən sonra sosial şəbəkədə və KİV-lərdə bu xəstəxananın adı daha tez-tez hallandırılır.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev video paylaşaraq uşaq evinə gətirilən ərzaqların onlara verilmədiyini iddia edib. Daha sonra o, qardaşının razılığı ilə Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov isə açıqlamasında yeniyetmənin ruhi xəstə olmadığını, uşağın diaqnozunun sosiopatiya olduğunu qeyd edib. Baş həkim deyib ki, yeniyetməni uşaq evinə qaytarmaq istəsələr də, müdiriyyət onu qəbul etmir.