Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-04 15:53:02
Naxçıvanda uşaqların kütləvi müayinəsi başlanıb

Uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkar edilməsi və sonrakı müşahidəsi vasitəsilə onlar arasında xəstələnmə, uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, dispanserizasiya tədbirləri çərçivəsində aparılan profilaktikasının gücləndirilməsi məqsədilə hər il muxtar respublikada uşaqlar dispanserizasiyadan keçirilir.

 

AzEdu.az xəbər verir ki, 2023-cü ildə də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin “Naxçıvan Muxtar Respublikasında yaşayan uşaq əhalisinin kütləvi dövri müayinələrinin aparılmasının təmin edilməsi haqqında” əmrinə uyğun olaraq aprel ayından başlayaraq muxtar respublikada uşaq əhalisinin kütləvi dövri tibbi müayinələrdən keçirilməsinə start verilib.

 

Bu məqsədlə aprelin 4-də Şərur Rayon Uşaq Xəstəxanasının pediatr, cərrah-travmatoloq, otolarinqoloq, nevropatoloq, oftalmoloq, stomatoloq və ginekoloq ixtisaslı həkimləri tərəfindən rayon 2 nömrəli tam orta məktəbinin şagirdləri arasında müayinələr aparılıb. 1060 şagirdin iştirak etdiyi müayinələr zamanı hər hansı xəstəlik aşkar olunan şagirdlər dispanser qeydiyyata götürülərək daha dərindən müayinə və müalicə olunmaları üçün Şərur Rayon Uşaq Xəstəxanasına yönləndirilib.

 

Qeyd edək ki, qrafikə uyğun olaraq mərhələli şəkildə mayın 20-dək müayinələr davam etdiriləcək.