Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-21 18:12:40
Valideyn və müəllimlərin sualına cavab tapıldı – Qiymətləndirmə nəticələri gündəliyə yazılacaq

“Diaqnostik və Formativ Qiymətləndirmələrin nəticələri də gündəliyə qeyd olunacaq”

AzEdu.az xəbər verir ki, bunu Təhsil Tv-də yayımlanan “Həftənin sualı” verilişində Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov deyib. Onun sözlərinə görə, məktəblərdə summativ qiymətləndirmənin nəticələri əsas qiymət göstərici hesab olunur:

“Əsasən summmativ qiymətləndirmələrin nəticəsi gündəliyə qeyd olunur. Halbuki bütün qiymətləndirmələrin şagirdin keyfiyyətli təhsil almasında rolu var. Diaqnostik və formativ qiymətləndirmələrin nəticələri də gündəlikdə öz əksini tapmalıdır. Yeni qaydalarda formativ və diaqnostik qiymətləndirməyə də ciddi diqqət yetirilir”

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları