Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-04 15:10:54
Azərbaycanlı rektor çinli həmkarı ilə tennis oynadı – FOTO

Çin Neft Universitetinin rektoru, professor Çen Fengin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.

AzEdu.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov öncə Ali Məktəbin kampusu ilə tanış olan nümayəndə heyətinə burada yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə ətraflı məlumat verib. Sonra keçirilən görüşdə Elmar Qasımov Çin Neft Universiteti ilə BANM arasında əməkdaşlığa toxunaraq bildirib ki, 2018-ci ildən etibarən həyata keçirilən bu əməkdaşlıq çox uğurludur və böyük perspektivləri var.

Elmar Qasımov deyib ki, bu tədris ilində Neft-qaz mühəndisliyi ixtisasında (magistratura səviyyəsində) təhsil almaq üçün 3 çinli tələbə BANM-a qəbul olunub.

Daha sonra Çin Neft Universiteti ilə bağlı təqdimat olub. Çen Feng bəyan edib ki, 1953-cü ildə yaradılan Çinin ilk Neft Universitetinin bu il 70 yaşı tamam olur. O, bu münasibətlə Pekində keçiriləcək yubiley tədbirinə Elmar Qasımovu da dəvət edib.

Sonda Çin Neft Universitetinin rektoru Çen Fengə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq“ plaketi təqdim olunub.