Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-03 14:55:07
İranın təhsil naziri istefa verib

İran Prezidenti İbrahim Rəisi təhsil naziri Yusif Nurinin istefasını qəbul edib.

 

AzEdu.az xəbər verir ki, onun yerinə Fərhəngiyan (Mədəniyyət) Universitetinin rəhbəri Reza Murad Sahraini təhsil naziri vəzifəsini icra edəcək.

 

Qeyd edək ki, İranda daha çox qız məktəblərində baş verən və ölkədə etirazlara səbəb olan kütləvi zəhərlənmə zamanı 5 mindən çox şagird zəhərlənib. Hadisə ilə bağlı 100-dən çox adam saxlanılıb.

 

Həmçinin, İran məktəblərində bəzi digər nöqsan və çatışmazlıqlarla bağlı da narazılıqlar olub. Müəllimlərin maaşının verilməsinin gecikməsindən sonra İran prezidenti məsələni araşdırmağı tapşırmış, Novruz çıxışında bununla bağlı Təhsil Nazirliyini günahlandırmışdı.