Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-02 11:53:00
Dağlıq və dağətəyi rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Aprelin 2-nə olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

 

Bu barədə AzEdu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 

Qar örtüyünün hündürlüyü: Qrızda 21 sm, Şahdağda 20 sm, Lerikdə 15 sm, Qaxda 11 sm, Daşkəsən, Altıağac, Gədəbəydə 9 sm, Şəkidə 8 sm, Göygöl və Ordubadda 5 sm, Şamaxı, Xaltan, Qusarda 4 sm, İsmayıllı və Qobustanda 1 sm təşkil edib.

 

Müşahidə olunan və gözlənilən hava şəraiti, çaylarda olan vəziyyətlə bağlı daha ətraflı məlumatı meteo.az saytından əldə edə bilərsiniz.