Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-20 20:09:00
Azərbaycanla Pakistan arasında təhsil əlaqələri müzakirə edildi

Bu gün təhsil naziri Ceyhun Bayramov Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari ilə görüşüb. Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətləri fonunda təhsil sahəsində əlaqələrin cari vəziyyəti müzakirə olunub. Həmçinin, təhsil sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.