Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-20 12:56:00
Bakı məktəbində “Müəllimlər günü” ilə bağlı maraqlı  ənənə - Bu il də olacaq

Bildiyimiz kimi 5 oktyabr “Beynəlxalq müəllimlər günüdür”.

AzEdu.az xəbər verir ki, artıq iki ildir,  bu münasibətləBakı şəhəri 165 nömrəli məktəbdə "Müəllimlərə arzularım" adlı müsabiqəsi keçirilir.

Müsabiqədə həminməktəbin bütün şagirdləri iştirak edə bilərlər. Əsas şərt isə müəllimlərə olan mənəvi arzularını videorolik, foto, rəsm, inşa, esse, açıqca, məktub və s. formalarda təqdim etməkdir.

Müsabiqə üçün yaradılan komissiya 5 oktyabr müəllimlər günündə ən yaxşı işləri qiymətləndirəcək. Təqdim olunacaq işlər üçün son tarix isə 30 sentyabrdır. 


Müsabiqə "Müəllimlərə olan arzularını yaradıcılığınla ifadə et" şüarı ilə keçirilir.