Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 07:53:00
Günün havası - Yağış, 21 dərəcə isti...

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.