Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 17:10:00
“İlin gənc müəllimi” müsabiqəsinin qalibləri bu tarixdə AÇIQLANACAQ

AzEdu.az Təhsil Portalının Milli Məclisin Mədəniyyət komitəsi ilə birgə təşkil etdiyi “İlin gənc müəllimi” müsabiqəsi 2 mart 2023-cü il tarixində başa çatıb.

 

Müsabiqədə qalib olan ilk üç müəllimin adı 27 mart 2023-cü il tarixində ictimaiyyətə açıqlanacaq.

 

Xatırladaq ki, müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri, ilhamverən fəaliyyəti ilə şagirdlərə, eləcə də müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan, cəmiyyət üçün faydalı işlər görən ən yaxşı gənc pedaqoqları ortaya çıxarmaq, onları tanıtmaq və mükafatlandırmaqdır.