Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-19 17:34:00
Dəqiq və təbiət elmlərinin ən güclü inkişaf etdiyi ölkələr -SİYAHI

Hər nə qədər dünya üzərində humanitar elmlərin əhəmiyyəti böyük olsa da, alimlər əsasən texniki fənlərin gücünə daha çox inanır. Hətta bəziləri hesab edir ki, tarix fənnini belə riyaziyyatçılar araşdırmalı və dəqiq faktları onlar ortaya çıxarmalıdırlar.

Bəs dünyada riyaziyyat və təbiət elmləri üzrə ilk sırada yer alan ölkələr hansılardır?

 AzEdu.az  2016-cı ilin İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının statistik məlumatlarına istinadən xəbər  verir ki,  dünyada riyaziyyat və təbiət elmləri üzrə ilk sırada yer alan ölkə Sinqapurdur. Honk Kong, Cənubi Koreya, Yaponiya, Tayvan, Finlandiya, Estoniya, İsveçrə, Hollandiya və  Kanada digər sıralarda yer alıb.

 Gələcək 15 il ərzində təhsilində irəliləyiş gözləntiləri olan ölkələrin sıralamasında isə Azərbayacana yaxın coğrafi ərazilərdə yerləşən ölkələrdən Rusiya 34-cü, Türkiyə 41-ci yerlərdə qərarlaşıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları