Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-14 16:04:54
13 yaşlı ana 6 aylıq övladı ilə - Azərbaycanlı səyyahın FOTOŞƏRHİ

Uzun müddətdir dünyanı gəzən azərbaycanlı səyyah-fotoqraf Əli Əkbərin sosial şəbəkədəki növbəti paylaşımı Afrikanın Efiopiya ölkəsindəki Mursi qəbiləsindən olub.

AzEdu.az xəbər verir ki, səyyah-fotoqraf budəfəki paylaşımında Mursi qəbiləsində yaşayan qızların təhsilsizliyinə, erkən yaşda nikaha cəlb olunmasına diqqət çəkib.

O, 6 aylıq xəstə övladını tibb klinikasına aparan 13 yaşlı ananın fotosunu paylaşaraq yazıb:

“Mursi qəbiləsindən qayıdanda avtomobilimizdə bu qızı, qucağında da uşağı görüb, düzü, təəccübləndim. Ananın 13 yaşı vardı, qucağındakı da 6 aylıq övladı. Uşağın səhhətində problem yaranmışdı deyə, xahiş etdilər şəhərə - klinikaya çatdıraq. 4-5 saatlıq yolu bizimlə bir gəldi. Klinikada onu qarşılamaqlarından bildik ki, mütləq yardım edəcəklər. Ümid edirəm körpə artıq sağlamdır”.

Fotodakı ananın azyaşlı olmasına təəəccüblənənlərin suallarını cavablandıran Əli Əkbər Mursi qəbiləsində yaşayan qızların əzəldən bu həyat tərzinə alışdıqlanını qeyd edib.

“Onların bu halı avamlıq, şüursuzluqdan irəli gəlmir. Yüzillərdir yaşadıqları həyat tərzi budur.
Həyatlarından da məmnundurlar”.

Azərbaycanlı səyyahın sözlərinə görə, Mursi qəbiləsinin adamları yaşadıqları ərazinin hansı ölkəyə aid olduğundan belə xəbərsizdirlər.

“Onlar üçün ölkə ancaq özləri və qonşu qəbilələrdən ibarətdi. Qəbilədə daha xoşbəxtdirlərÇ nəinki oradan kənara çıxanda”.