Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-14 12:16:00
Övladını məktəbə göndərməyənlər valideynlik hüququndan məhrum edilə bilər

Rusiyada övladının məktəbdə təhsil almasından imtina edən miqrantların valideyn hüququndan məhrum edilməsi təklif olunub.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təklifi Kaluqa vilayətində miqrasiya ilə bağlı keçirilən müşavirənin yekununda Rusiya İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev bildirib:

 

O, məktəbdə uşaqlarının təhsil almasından imtina etdiklərinə görə miqrantların valideynlik hüquqlarından məhrum edilməsini istəyib:

 

“Valideynlərin hüquqları ilə yanaşı vəzifələri də var, onlar övladlarını təhsillə təmin etməlidirlər. Əgər Rusiyada bütün uşaqların təhsil alması qəbul edilirsə, onda onlar da bu qanuna tabe olmalıdırlar. Əks təqdirdə, onlar valideynlik hüququndan məhrum edilməlidir".