Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 13:31:00
İranda Azərbaycan dilinin tədrisi ilə bağlı - XİN-dən AÇIQLAMA

İran İslam Respublikası rəsmi statistika ortaya qoymasa da, 2020-ci ildə xarici işlər naziri Əli Əkbər Salihi Türkiyədə səfər zamanı jurnalistlərin sualına cavab olaraq bildirib ki, ölkə əhalisinin 40%-i türk dilində danışır. Deməli, İran dövlətinin 83 milyon əhalisinin 40%-ni hesablayanda ortaya belə bir rəqəm çıxır ki, orada 35 milyon insan türkdillidir. Buna baxmayaraq, İranda Azərbaycan dili tədris olunmur.

 

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə də bu barədə AzEdu.az-a açıqlama verib.

 

O təəssüflə bildirib ki, İran İslam Respublikasında Azərbaycan dilli və Azərbaycan dili tədris edilən məktəblər yoxdur.

 

Qeyd edək ki, bu ölkədə yaşayan ərəb, kürd, bəluc, talış, lorların sayının milyonlarla olmasına baxmayaraq, onların heç birinin ana dilində məktəbləri yoxdur.  2010-cu ildə bu ölkədə yaşayan ermənilərin sayını 50-60 min kimi göstərirdilər. İndi isə qeyri-rəsmi məlumatlara görə, orada cəmi 35 min erməni yaşayır. İranda yaşayan millətlər arasında ən az saya malik olan ermənilərin isə öz dilində tədris aparan məktəbləri mövcuddur. İran hökuməti İslam dininə etiqad edən xalqların doğma dillərində məktəb yaratmasına imkan vermir. Bu millətlər içərisində Azərbaycan türklərinin də olması təəssüfedici haldır.