Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-09 15:58:00
Zəngilanda ilk dəfə buraxılış imtahanı keçiriləcək

Martın 12-də Zəngilan rayonu, Ağalı kənd tam orta məktəbində ilk buraxılış imtahanı keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilib.

 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 12 mart 2023-cü il tarixində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçiriləcək.