Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 13:00:00
“Lider ruhlu olduğum üçün daima fərqlənirdim" - “Brend tələbə” 

AzEdu.az Təhsil Portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib.

 

AzEdu.az bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələrə davam edir.

 

Budəfəki müsahibimiz Azərbaycan Memarlıq və İnşaat Universitetinin lll kurs tələbəsi Eldar Süleymanlıdır:

 

- Təhsil aldığınız müddətdə universitetiniz sizə nələr qazandırdı?


- Mən universitetə 2020-ci ildə qəbul olunmuşam. Və məlum səbəblərdən l kursda onlayn təhsil alırdım. Buna baxmayaraq,  aktiv fəaliyyət göstərirdim, Tələbə Gənclər Təşkilatına (TGT) qoşularaq fakültə üzrə sədr müavini oldum. Bir çox böyük tədbir və layihələrdə də iştirakçı olmuşam. 2021-ci ilə kimi buradakı vəzifəmə davam etdim. Daha sonra isə universitetimizdə Tələbə Həmkarlar İttifaqı Komitəsində müavin vəzifəsinə yüksəldim. Son olaraq isə təhsil aldığım İnşaat fakültəsinin həmkarlar təşkilatınmın sədri seçildim.

 

- Tələbəlik illərinizdə ən çox yaddaqalan hadisə nə olub ?


- “Gənc liderlər düşərgəsi” layihəsinin keçirdiyi təlimdə olmuşdum. O bir həftəlik təlimlər çox maraqlı idi. Getdiyim düşərgədə yaxşı dincəlib əyləndim və bu hadisə yaddanqalan olmuşdu. Çoxlu maraqlı oyunlar, təlimlər, hətta bizlər üçün “Maska partisi” belə təşkil etmişdilər.

 

- Özünüzü daha da inkişaf etdirmək üçün nələr edirsiniz ?


- Özümü təkmilləşdirmək üçün daim könüllü fəaliyyətlərdə iştirak etməyə çalışıram. Bu mənə çox şey verir. “Bir könüllü”, Yeni Azərbaycan Partiyasının Gənclər birliyi, “Asan xidmət” və s. kimi təşkilatlara qoşularaq, könüllü fəaliyyətimi daha da artırmışam bu da inkişafımda böyük rol oynayıb.

 

- Ən çox hansı xüsusiyyətlərinizə görə digər tələbələrdən fərqlənirsiniz?


- Digər tələbələrdən ən çox lider ruhlu olduğum üçün fərqlənirəm. Hansısa işə məsuliyyətli yanaşmağım, verilən tapşırıqları canla-başla yerinə yetirməyim düşünürəm ki, bir çox tələbələrdən məni fərqləndirir. Qısaca desəm, tənbəlliyi sevmirəm. 

 

- Maddi ehtiyaclarınızı özünüz qarşılaya bilirsiz, yoxsa ailənizdən dəstək alırsınız?

- Ehtiyaclarımı mümkün qədər özüm qarşılamağa çalışıram. Lakin təbii ki, ailəm də mənə bu baxımdan dəstək olur. 

 

- İlk iş təcrübəniz nə olub? Ümumiyyətlə işləyirsiniz?

- İlk iş təcrübəm 2021-ci il may ayının 25-də Daşkəsən rayonununda yerləşən “AzərGold”  şirkətində olub. Hazırda isə işləmirəm. Ehtiyaclarımı bayaq da qeyd etdiyim kimi, həm ailəm, həm də universitet tərəfindən verilən təqaüdlə qarşılamağa çalışıram. Onu da deyim ki, “Zərbəçi təqaüdü" alıram.

 

- ”Heç vaxt vaz keçmərəm” dediyiniz məqsəd və ya hər hansı məşğuliyyətlər  var?

- Abituriyent vaxtlarımdan bəri idmanla məşğul olduğum üçün bir çox idman sahəsində uğurlar əldə etmişəm. Və gələcəkdə də bu sahədə daha çox inkişaf etmək fikrindəyəm.

 

- Hansı yeniliklərə imza atmaq istəyərdiniz, gələcək üçün planlarınız nələrdir?

 

- Hazırda İnşaat fakültəsində oxuyuram və bu sahadə təkmilləşmək, gələcəkdə özümü daha da inkişaf etdirməklə dövlətə yararlı bir kadr olmaq istəyirəm.