Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 11:39:58
“Abituriyent” jurnalının 2-ci nömrəsi çıxıb

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.

 

DİM-dən AzEdu.az-a verilən xəbərə görə, bu nömrədə 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, müsabiqə şərtləri dərc edilib.

 

Bu nömrədə həmçinin:

 

- BƏZİ TEST TAPŞIRIQLARININ İZAHI VƏ TÖVSİYƏLƏR;

 

- ABİTURİYENTLƏR ÜÇÜN ELMİ-METODİKİ MƏQALƏLƏR;

 

1. TARİX FƏNNİNDƏN “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)”;

 

2. COĞRAFİYA FƏNNİNDƏN “Azərbaycanın iqtisadi rayonları”.

 

- 2022-ci ilin TƏLƏBƏ QƏBULU MÜSABİQƏSİNDƏ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İXTISASLARI ÜZRƏ FORMALAŞMIŞ KEÇİD BALLARI və digər zəruri materiallar təqdim olunub.

 

Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.

 

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.