Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-03 14:23:22
Ombudsmandan məktəb direktorlaruna sərt ittiham: hədə-qorxular, təhqirlər…

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə təhsil sistemindəki bəzi problemlərdən bəhs olunub.

AzEdu.az xəbər verir ki, Ombudsmanın məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənəddə bildirilib ki, Ombudsmana ünvanlanmış şikayətlərdə öz əksini tapmış halların yoxlanılması prosesində bəzi məktəb direktorlarının müəllimlərə və şagirdlərə qarşı münasibətdə ayrı-seçkiliyə və digər qanun pozuntularına yol verməsi, pedaqoji kollektivdə gərgin qarşılıqlı münasibətlərin mövcud olması kimi hallar müəyyən edilib.


“Orta məktəblərdə tədris prosesinin düzgün təşkil edilməməsi, məktəb rəhbərliyinin öz üzərinə düşən vəzifələri qanunla müəyyən edilmiş qaydada icra etməməsi haqlı narazılıqlara və vətəndaşların şikayətlərinə səbəb olub. Məktəblərdə təlim-tərbiyənin və tədris prosesinin təşkili ilə bağlı şikayətlərin araşdırılması nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlar aradan qaldırıl;b və təqsirkar tədris işçiləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Nəticə etibarilə qeyd edilməlidir ki, bəzi orta məktəblərdə qeyri-sağlam davranışın, şagirdlər arasındakı kobud və ləyaqəti alçaldan hərəkətlərə səbəb olan, hədə-qorxu və təhqirlə müşayiət olunan hüquqpozmaların, şagirdlərin məktəbdən yayınması hallarının, habelə pedaqoji heyət daxilindəki qarşılıqlı qeyri-adekvat münasibətin qarşısının alınması, məktəb rəhbərliyi ilə müəllimlər və valideynlər arasındakı əlaqələndirmənin möhkəmləndirilməsi məqsədilə orta məktəblərdə təlim-tərbiyə prosesinə nəzarətin gücləndirilməsi zəruridir”, - məruzədə bildirilib.