Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 12:32:00
“İlin gənc müəllimi” müsabiqəsi bu gün yekunlaşır - Son saatlar

AzEdu.az Təhsil Portalının Milli Məclisin Mədəniyyət komitəsi ilə birgə təşkil etdiyi “İlin gənc müəllimi” müsabiqəsinin sona çatmağına saatlar qaldı.

 

Belə ki, müsabiqə 2 mart 2023-cü il tarixdə saat 00.00-dək yekunlaşacaq.

 

Xatırladaq ki, müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri, ilhamverən fəaliyyətləri ilə şagirdlərə, eləcə də müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan, cəmiyyət üçün faydalı işlər görən ən yaxşı gənc müəllimləri ortaya çıxarmaq, onları tanıtmaq və mükafatlandırmaqdır.

 

Müsabiqədə həm dövlət, həm də özəl orta təhsil müəssisələrində müəllim işləyən şəxslər iştirak edir. Staj məhdudiyyəti isə yoxdur.

 

Diqqətinizə çatdırırıq ki, AzEdu.az-ın əsas səhifəsində yerləşdirilən siyahının sıralaması tam şərtidir. 100 ballıq qiymətləndirmə şkalasında onlayn səsvermə maksimum 20 bal olaraq dəyərləndiriləcək. Nəticəyə təsir edən böyük göstərici – 80 bal isə tamamilə yenilənən münsiflər heyəti tərəfindən müəyyən ediləcək.

Sizi sorğuda fəal iştirak etməklə müəllimlərin intellekt və əməyini obyektiv qiymətləndirməyə dəvət edirik.

Sorğunun qalibi bir müəllim seçiləcək.