Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 15:33:00
Namizədlər bu halda doktoranturanın xarici dil imtahanından azaddırlar - QƏRAR

Bu il doktoranturaya qəbul olunmaq istəyən namizədlər üçün xarici dil imtahanı 18 iyun tarixində keçiriləcək. Bir sıra namizədlər xarici dil imtahanından azad olunmaq şansı əldə edir.

 

AzEdu.az bildirir ki, Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarına əsasən, xarici dil üzrə qüvvədə olan B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olan namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar.

 

Xatırladaq ki, 2020-ci il yanvarın 13-dən 15-dək olan müddət ərzində DİM-ə sertifikatını təqdim etmiş 35 namizəd xarici dil imtahanından azad olunmuşdu.