Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 11:10:00
Kollecə daxil olmuş şagird yenidən məktəbə qayıda bilər? 

IX sinifdən kollecə imtahan verən və orta ixtisas müəssisəsinin I kursunda təhsil alan bəzi gənclər bir sıra hallarda orada oxumaqdan imtina etmək istəyirlər. Bəs onlar yenidən məktəbə qayıda və yerdəyişmə prosesində iştirak edə bilərlərmi?

 

AzEdu.az-ın məlumatına görə, bu məsələ Elm və Təhsil Nazirliyi Kollegiyasının 06 noyabr 2014-cü il tarixli “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən tənzimlənir.


“Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, ümumi orta təhsil səviyyəsini bitirdikdən sonra ilk peşə və ya orta ixtisas təhsili müəssisəsinə (kolleclərə) sənəd verib daxil ola bilməyən şagirdlərin ümumtəhsil məktəbinə qayıtmasna icazə verilir. Onların X sinfə qəbulu yalnız sentyabr-oktyabr ayları ərzində aparılır.

Daha ətraflı linkə daxil olaraq məlumat əldə edə bilərsiniz:
 

https://e-qanun.az/framework/29019