Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 16:42:00
Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Mentorluq proqramı çərçivəsində ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadə ilə görüşüb.

 

AzEdu.az xəbər veirr ki, iqtisadiyyat naziri müsabiqədə qazandıqları uğur münasibətilə qalibləri təbrik edib, müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Nazir qaliblərin maraq dairəsi barədə fikirlərini dinləyib, Mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edib. Müsabiqə qalibləri iqtisadiyyatın müasir idarəçilik metodlarına, innovativ texnologiyalara maraq göstərdiklərini bildirib, bu sahədə bilik və bacarıqların əldə edilməsində Mentorluq proqramının onlar üçün faydalı olacağını vurğulayıblar. İqtisadiyyat naziri qaliblərə idarəçilik sahəsində bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqədə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müsabiqə qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və final olmaqla 5 mərhələdə keçirilir. Qaliblər idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı əsasında Mentorluq proqramı keçmək imkanı və 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

 

Qeyd edək ki, artıq sayca 3-cü olan növbəti “Yüksəliş” müsabiqəsinin təşkili ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixlində Sərəncam imzalanıb.