Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 16:18:00
“MİNAHACK” hakatonuna start verilib

İşğaldan azad edilmiş Qarabağın minalardan təmizlənməsinə töhvə vermək məqsədilə bu gün UNEC-də “MİNAHACK” hakatonuna start verildi.

 

AzEdu.az xəbər verir ki, iki gün davam edəcək hakatonda 12 universitet və elmi tədqiqat institutunun 9 komandası işğaldan azad olunan iqtisadi rayonlarda minatəmizləmə işlərinin sürətli aparılmasına, torpağın minalardan təmizlənməsinə texnoloji ideyaların ilkin prototipini təqdim edəcəklər. İştirakçılar 56 saat ərzində tədbir keçirilən məkanda qalacaqlar.

 

UNEC-in təşkilatçılığı, Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə təşkil olunan hakaton fevralın 24-dək davam edəcək. Hakatonun yekununda qalib komandalara mükafatlar təqdim olunacaq.