Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 11:02:08
Zəngilanda 30 ildən sonra ilk körpə DOĞULDU

İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində 30 ildən sonra ilk körpə dünyaya gəlib.

 

AzEdu.az xəbər verir ki, Ağalı kəndinin yeni sakini olan körpə 15.02.2023-cü il tarixində anadan olmuş  Zeynallı Turan Teymur oğludur.

Onun doğumu ilə bağlı fakt 22.02.2023-cü il tarixində valideynləri hər hansı quruma getmədən Ədliyyə Nazirliyinin müasir innovativ “Mobil əhali” tətbiqi üzərindən dövlət qeydiyyatına alınıb.

 

Doğum haqqında elektron şəhadətnamə onların şəxsi kabinetində yerləşdirilməklə təqdim olunub.