Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-22 13:58:00
"Hələ də doktorantların işinə nəzarət mexanizmi yoxdur" - Nazir

"Bu gün ölkədə hələ də doktorantların işlərinin keyfiyyətə nəzarət mexanizmi yoxdur. Bu olmadığına görə doktorantların sayının keyfiyyət faktoruna təsirini düzgün hesab etmirik".

 

AzEdu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev danışıb. O, nəticə indikatorlarında bakalavr və magistrlarla yanaşı doktorantların qeyd olunmaması məsələsinə aydınlıq gətirib.

 

Nazir bildirib ki, bakalavr və magistr səviyyəsi üzrə pis-yaxşı meyarlar var: "Doktorantura ilə bağlı meyar yoxdursa onu siyahıya salmağın mənası yoxdur. Təbii ki, bu vacib indikatordur. Bu nəzərdə saxlanılmalıdır".