Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-18 17:22:00
Koronavirus statistikası açıqlandı - Ölən var

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 18 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 828 338 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 104 nəfər müalicə olunaraq sağalıb, hazırda 131 aktiv xəstə var. Bu günə qədər 10 103 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1272, ümumilikdə 7 513 104 test icra olunub.