Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 14:10:00
Rusiya məktəbləri silahlandırır

Rusiya məktəblərinə Həyat Təhlükəsizliyinin Əsasları dərslərində istifadə etmək üçün F-1, RQD-5 qranatları və “Kalaşnikov” seriyasından olan avtomat maketləri, nişan alətləri, müdafiə kostyumları, dozimetrlər, radiasiya və  kimyəvi kəşfiyyat üçün  mini-ekspress-laboratoriyalar ilə təchiz olunmaları barədə tapşırıq verilib.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan “Novaya qazeta” məlumat yayıb. Məlumatda deyilir ki, əsasən Sankt-Peterburqda yerləşən məktəblərin ilk növbədə təchiz olunması tələb olunur. Tapşırıq prokurorluq tərəfindən daxil olub. Prokurorluq isə bu tələbi Rusiya Federasiyası Təhsil Nazirliyinin 804 saylı əmri ilə əlaqələndirib. Qeyd olunur ki, Rusiya məktəbləri fevral ayında təlimat alblar. Orada məktəblərin  aşağıdakı texniki vasitələrlə təchiz olunması tələb olunur:

- silah saxlanılan seyf

- fiziki və  kimyəvi kəşfiyyat üçün  mini-ekspress-laboratoriyalar

- dozimetr

- kislarodun və zəhərli qazların analizi üçün  aparat

- müdafə kostyumu

- maneken trenajor yaralı və zədələnənləri göstərmək üçün

- F-1 və RQD-5 qranatlarının maketləri

- atəş lövhəsi

- “Kalaşnikov” avtomatı maketləri

- “Kalaşnikov” avtomatlarına maqazinlər.

Bu siyahidə olanların təchizatı zəruridir.

Təbii ki, bütün bunları Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirmək olar. Və ya Rusiya yaxın gələcəkdə daha böyük müharibəyə hazırlaşır. Qeyd olunanlar gənclərin  uzunmüddətli hərbi hazırlığı üçün tələb olunan yarımhərbi vasitələrdir. Görünən odur ki, Rusiya Ukrayna ilə müharibənin yaxın zamanlarda  bitməsinə ümidli deyil. Bəlkə də Kreml Ukraynadan sonra daha qlobal müharibəyə hazırlaşır.

 

Əlimusa İbrahimov