Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 13:41:39
Bakıda müəllim qəzada həlak oldu

Bakıda 246 saylı tam orta məktəbin müəllimi Elza Kərimova avtomobil qəzasında həlak olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

 

59 yaşlı E.Kərimova sözügedən məktəbdə tarix fənnini tədris edib.

 

Elza Kərimova səhər saat 07 radələrində işə getmək məqsədilə yolu keçərək əks tərəfdəki avtobus dayanacağına getmək istəyib. Bu zaman “Kia” markalı avtomobil onu vurub.

Ölüm faktı ilə bağlı Səbail RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.