Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 14:34:00
Tələbələrin dəfn yerləri AÇIQLANDI

Fevralın 6-sı Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ səbəbindən dağıntıların altında qalan azərbaycanlı tələbələrin nəşi sabah - fevralın 16-sı Azərbaycana gətiriləcək.

 

AzEdu.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Malatya şəhərindəki İnönü Universitetinin Psixologiya fakültəsinin III kurs tələbəsi Samir Quliyevin ailəsi Gədəbəydə yaşayır. Mərhum həmin rayonun qəbristanlığında sonuncu mənzilə yola salınacaq. 

 

Universitetin magistr tələbəsi Gündüz Nəzərzadə Sumqayıtda, eyni zamanda, 4-cü kurs tələbəsi Hüman İsmayıllı Sumqayıt şəhərinin Corat qəbiristanlığında torpağa tapşırılacaq. 

 

Həmçinin, universitetin sonuncu kursunda təhsil alan Şahin Vəliyev də Gəncədə dəfn olunacaq.