Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 18:12:42
Müəllimlər könüllü yardım kampaniyasına qoşulur - AÇIQLAMA

Sosial mediada Türkiyəyə yardım üçün Bakının təhsil ocaqlarında çalışan müəllimlərin əməkhaqlarından məcburi tutulmaya dair paylaşımlar edilib.

AzEdu.az-ın məlumatına görə, həmin paylaşımlarda bildirilir ki, müəllimlərə maaşlarının müəyyən faizinin yardım üçün tutulacağı barədə xəbərdarlıq olunub və məktəblərdə onlara bununla bağlı ərizə yazdırılır.

Məlum olub ki, bu kampaniya məktəblərdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşəbbüsü ilə gerçəkləşdirilir.

AGMA sədri Rüfət Əsədzadə məsələ ilə bağlı açıqlama verib. O, kampaniyanın məcburi deyil, könüllü xarakter daşıdığını vurğulayıb:

“Bildiririk ki, bu kampaniya Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən könüllü şəkildə həyata keçirilir.

AGMA baş vermiş hadisə ilə əlaqədar müəllimlərin çoxsaylı istəklərini nəzərə alaraq qardaş Türkiyəyə yardım məqsədilə ianə kampaniyası başladıb. Kampaniya çərçivəsində tamamilə könüllü toplanan vəsait elm və təhsil icması adından aidiyyəti üzrə Türkiyəyə göndəriləcək.


Bir daha nəzərinizə çatdırırıq ki, kampaniyaya qoşulmaq könüllüdür.

Bu istiqamətdə məcburi xarakter daşıyan hallarla bağlı +994512067971 nömrəli "Qaynar xətt" xidmətinə müraciət etməyiniz xahiş olunur”.