Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 16:43:00
Zəlzələ bölgəsində məktəblərin açılması təxirə salına bilər – NAZİR

"Zəlzələnin baş verdiyi 10 vilayətdə təhsili martın 1-nə qədər dayandırdığımızı bəyan etdik. Bütün məktəblərdən zərərin qiymətləndirilməsi hesabatını almayana qədər təhsilə başlamayacağıq”.

AzEdu.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin milli təhsil naziri Mahmut Özer Malatyanın zəlzələ bölgəsində çıxışı zamanı deyib.


Nazirin sözlərinə görə, digər binalarla müqayisədə məktəblərin zərəri çox azdır.

“Zəlzələdən zərər çəkmiş vilayətlərimizdə 23 məktəb dağılıb, 83-ü ciddi ziyan görüb”.


Mahmut Özer bildirib ki, zəlzələ bölgəsindəki müəllimlərin başqa vilayətlərə təyinatı ilə bağlı proseslərə bu həftə başlanılacaq.


Nazir əlavə edib ki, şərtlər yaxşılaşarsa, imtahan tarixləri müəyyən ediləcək.

“İnşallah, yaxın günlərdə YGS imtahanının tarixini açıqlayacağıq”.