Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 15:10:54
Tələbələrimiz hələ tapılmayıb - RƏSMİ

“Bu dəqiqə Malatyada olan tələbələrimizdən Gündüzün qardaşı Arzumanla danışdım. Tələbələrin axtarışı davam edir”.

AzEdu.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı bir qədər əvvəl bildirib.

O qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi baş verən təbii fəlakətlə əlaqədar qardaş ölkədə yaşayan, təhsil alan soydaşlarımızın taleyi ilə bağlı bütün məsələləri diqqətdə saxlayır, onların vəziyyəti ilə əlaqədar məlumat əldə edir və ehtiyacları olduğu halda lazımı köməyi göstərir.

Xatırladaq ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş verən zəlzələ nəticəsində uğqun altında qalıb. Onların axtarışı davam edir.