Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-10 10:01:00
AzTU komandası Basketbol üzrə Tələbə Liqasında növbəti qələbəsini qazanıb - VİDEO

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.

 

AzEdu.az xəbər verir ki, liqanın 9-cu turunda AzTU komandası Xəzər Universitetinin komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 99:41 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb. 

 

Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir.

 

Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.

 

https://www.youtube.com/live/qdVX_pa-Yjs?feature=share