Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-08 09:26:00
Tələbə otaq yoldaşını qətlə yetirdi

8 fevral 2023-cü il tarixdə saat 2 radələrində 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyevin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

 

 AzEdu.az xəbər verir ki, , ilkin araşdırma zamanı Əliəkbər Mərəyevin adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 2007-ci il təvəllüdlü otaq yoldaşı Elşad Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Binəqədi rayon prokurorluğunda CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Elşad Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Modern.az