Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-07 11:14:00
UNEC rektorunun dekanlarla növbəti görüşü keçirilib

UNEC rektoru professor Ədalət Muradovun fakültə dekanları ilə növbəti görüşü keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüş zamanı fakültədə həyata keçirilən yeniliklər, görülmüş işlər, fakültə idarəetməsinin mövcud durumu, problemlər və qarşıda duran vəzifələrdən bəhs olunub, təkliflər səsləndirilib.

 

Həmçinin meqafakültələrin yaradılması və fakültələrin institutlaşdırılması istiqamətində işlərin aparıldığı bildirilib.

 

Fakültə idarəetməsində səmərəliliyi, çevikliyi və şəffaflığı artırmaq məqsədilə UNEC Elmi Şurasının qərarı ilə yaradılmış Dekanlar Şurasına sədr seçilib.

 

Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyev şuranın ilk sədri kimi təsdiqlənib.