Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-15 15:59:23
Bölgələrdə 15 sentyabr tədbirləri keçirildi - Fotolar

Yevlaxda “Bilik günü” ilə əlaqədar tədbir keçirildi.

AzEdu.az xəbər verir ki, bütün ölkə ərazisində olduğu kimi Yevlax rayonunda da “Bilik Günü” geniş qeyd edilib. Tədbirlərdə iştirak edən müəllim və valideynlər ölkə rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi qayğıdan çox razı qaldıqlarını ifadə etmişlər. “Bilik günü” münasibətilə təşkil olunan tədbirlərdə Yevlax Rayon İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının nümayəndələri, Yevlax Təhsil şöbəsinin rəhbərliyi, müəllim, şagird və valideynlər iştirak ediblər.

Keçirilən silsilə tədbirlər çərçivəsində 15 sentyabr 2018-cü il tarixdə yeni dərs ilinin başlanması və “Bilik günü” ilə əlaqədar şəhər ərazisində yerləşən 5 nömrəli və 1 nömrəli tam orta məktəblərdə təntənəli tədbirlər keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zərxanım Əhmədova tədbir iştirakçılarını salamlayaraq Bilik günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Məktəbin nailliyyətləri haqqında geniş məlumat verdi. Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədr müavini Aparat rəhbəri Əli Quliyev çıxış edərək məktəbdə təhsil alan şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırıb. Əli Quliyev həmçinin ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, ölkə prezidenti cənab İlham Əliyevin və Vitse Prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın məhs bu istiqamətdə gördüyü işləri, təhsilin keyfiyyətinin artırılmasını daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulayıb.

Tədbirdə digər çıxış edən Yevlax şəhər Təhsil şöbəsinin müdiri Zərifə Məmmədova əvvəlcə rayon təhsilinin uğurlarından danışıb. Sonra o,Azərbaycanda təhsil sisteminin inkişafına, eyni zamanda şagirdlərə göstərdikləri qayğıya, onların yüksək səviyyəli təhsillə əhatə olunması, həmçinin xoşbəxt gələcəyi sərf etdiyi əməyə görə dövlətimizin başçısı Prezident cənab İlham Əliyevə və birinci xanım, Mehriban Əliyevaya, Yevlax Rayon İcra Hakimiyyətinə, bu cür gözəl tədbirin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Elşən Ramizoğlu