Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-06 13:50:00
3-ü məktəbli olmaqla 5 nəfər qidadan zəhərlənib

Cəlilabadda 3-ü azyaşlı olmaqla 5 nəfər qidadan zəhərlənib.

 

AzEdu.az apa-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində baş verib.

 

Cəlilabad şəhər sakinləri, 1988-ci il təvəllüdlü Almaz Əliqəmbər qızı Abbasova, 1993-cü il təvəllüdlü Zəhra Əliqəmbər qızı Həşimova, 2010-cu il təvəllüdlü Aysel Xəqani qızı Abbaslı, 2012-ci il təvəllüdlü Vüsalə Xəqani qızı Abbaslı və 2013-cü il təvəllüdlü Fatimə Elmin qızı Həşimova zəhərlənib. Onlar rayon xəstəxanasına çatdırılıblar.

 

İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər.

 

Qeyd edək ki, zəhərlənən şəxslər yaxın qohumdurlar.

 

Faktla bağlı araşdırma aparılır.