Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-03 11:32:00
İmtahanlar ağır xəstəliklərin yaranmasına səbəb olur-DEPUTAT  

AzEdu.az xəbər verir ki, deputat Qüdrət Həsənquliyev imtahanlara hazırlıq prosesinin gənclərdə ciddi sağlamlıq problemlərinə yol açdığını vurğulayıb.

 

Milli Məclisin yaz sessiyasının ilk iclasında Azərbaycanda keçirilən imtahanların sadələşdirilməsi ilə bağlı məsələ qaldırılıb. Ali məktəblərə qəbul və dövlət qulluğu imtahanlarının çətin olmasından şikayətlənən deputat Qüdrət Həsənquliyev imtahana hazırlaşanların xəstəliyə tutulduğunu söyləyib. 

 

“İndi gedib dövlət qulluğuna hazırlaşanları yoxlasaq, aralarında şəkərə tutulanların, stresdən əziyyət çəkənlərin nə qədər olduğunu görərik”,- deyən deputat öz iradını bildirib.  

 

“Bu qədər insanı stresə salmağın səbəbi olmalıdır. Nəyə lazımdır axı bu qədər imtahanlar? Bunları sadələşdirmək lazımdır. Digər ölkələrin təcrübələrindən istifadə etməliyik”- deyə çıxış yolu təklif edib.